Saçların sürətlə tökülməsinə səbəb olan səhvlərbackend

Saçların sürətlə tökülməsinə səbəb olan səhvlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saç tökülməsinin bir çox səbəbi var. Xüsusilə də qan azlığı, yanlış saç düzümü və su içməmək saç tökülməsinə səbəb olur.

Bəs saçları necə qorumaq olar?

NOCOMMENT.az medicina.az-a istinadən bununla bağlı mütəxəssislərin tövsiyələrini təqdim edir:

– Yaşıl tərəvəzlər və meyvələr tökülmənin qarşısını ala bilər.

– Stress saç tökülməsini sürətləndirir. Buna görə də streslə mübarizə üsulları və kifayət qədər yuxu saç tökülməsinin qarşısının alınmasında mühüm rol oynayır.

– Kimyəvi tərkibli məhsulların istifadəsini məhdudlaşdırmaq lazımdır.

– Saç dərisinin təbii yağını qorumaq üçün saçları ilıq su ilə yumaq məsləhətdir.

– Saça qulluq vasitələrini düzgün seçmək və təbii yağlardan istifadə saç tökülməsinə qarşı təsirli ola bilər.

– Saçınızı keyfiyyətli daraqla yavaş şəkildə darayın.

– Saç fenindən tez-tez istifadə etməyin.

– Sağlam qidalanın.

– Çoxlu su için.

– Siqaret çəkməyin.

– Bütün bunlara rəğmən saçlarınız tökülməyə davam edirsə, həkim və ya dermatoloqla məsləhətləşin.