ŞAD XƏBƏR: Azərbaycanda bu məhsullar ucuzlaşacaqbackend

ŞAD XƏBƏR: Azərbaycanda bu məhsullar ucuzlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda dolların məzənnəsi rekord həddə bahalaşaraq 95 min tüməni ötüb. Bu durumun Azərbaycanla sərhəd bölgələrində (Astara, Yardımlı, Biləsuvar, Culfa və s.) ticarət münasibətlərinə necə təsir edəcəyi maraq doğurur.

NOCOMMENT.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hazırda İran–Azərbaycan sərhədindən yalnız yüklərin keçidinin mümkün olduğunu bildirib.

Vətəndaşların sərhədi keçərək alış-veriş etməsinə icazə verilmir:

“Azərbaycanın sərhəd və digər rayonları eyni dərəcədə təsirlənəcək. İrandan gələn tranzit yüklər Biləsuvara necə çatırsa, o cür də Bakıya göndərilir. Sadəcə yol xərcləri artıq olur”, – deyə iqtisadçı vurğulayıb.

Ekspertin sözlərinə görə, İranda dolların bahalaşması və yerli valyutanın dəyərdən düşməsi Azərbaycan üçün idxal edilən məhsulların ucuzlaşmasına səbəb ola bilər:

“Çünki idxalçılar məzənnə fərqindən qazanır. O qazanc hesabına qiymətləri aşağı salmaq imkanı mövcuddur”, – Akif Nəsirli əlavə edib.

Beləliklə, İran valyutasındakı ucuzlaşma sərhəd bölgələrində kütləvi alqı-satqıya təsir göstərməsə də, Azərbaycana idxal edilən İran məhsullarının qiymətlərində ucuzlaşma yarada bilər.