Ermənistan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vahan Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə açıqlamasında deyib.
“Mən şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq”, – Xaçaturyan bildirib.
Qeyd eək ki, Ermənistan dövlətinin başçısı İtaliyada işgüzar səfərdədir.