NATO hərbçiləri Pridnestrovyeyə (Dnestryanı) hücum planı hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novostiyə açıqlamasında Pridnestroviya Moldovan Respublikasının (PMR) Ali Sovetinin deputatı Andrey Safonov məlumat verib.
Siyasətçinin sözlərinə görə, mövcud vəziyyət, əgər “Odessa, Nikolayev və s. şəhərləri ələ keçirmək məqsədilə Anglo-Fransız qoşunlarının Ukraynanın cənubuna mümkün müdaxiləsini nəzərə alsaq”, Qərb və Rumıniya qoşunlarının Moldovaya daxil olması üçün zəmin yaradır.
Safonov bildirib ki, NATO-nun Pridnestrovyeyə hücum planı “şübhəsiz” şəkildə mövcuddur. Bununla belə, onun fikrincə, hazırda bu planın həyata keçirilməsi ehtimalı azdır, çünki Qərbin PMR-lə bağlı fərqli bir ssenarisi var.
“Əhatəyə almaq və təslim olmağa məcbur etmək”, — deyə Safonov yekunlaşdırıb.