Safura: Uşaqlar olmasaydı, evdən qaçardım – VİDEObackend

Safura: Uşaqlar olmasaydı, evdən qaçardım – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Safura Əlizadə səkkiz illik fasilədən sonra ilk dəfə efirə çıxıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi “Özəl” proqramına qonaq olaraq davam edəcək musiqi fəaliyyətindən, şəxsi həyatından söz açıb.

Safura bildirib ki, övladlarına görə evə bağlı biri olub: “Uşaqlarla darıxmıram, hətta onların sayəsində evdə oturmağı sevirəm. Onlar olmasaydı, bəlkə də evdən qaçardım. Evdə istilik yaradırlar. 3 övladım var, evdə onlarla heç darıxmaq olmur. Hərəsi bir şey edir, evdə nəsə baş verir. İsgəndər sakit, Ayşə ciddi uşaqdır. Düşünürəm ki, 3-cü uşaq Natiqdə analıq hissi daha yüksək oldu. Uşaqlarım mənim ən böyük fanatlarımdır”.