“Sağ ayağın yerinə solu kəsirlər” – Canlı efirdə TƏBİB və Səhiyyə Nazirliyinə SƏRT SÖZLƏR – VİDEObackend

“Sağ ayağın yerinə solu kəsirlər” – Canlı efirdə TƏBİB və Səhiyyə Nazirliyinə SƏRT SÖZLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB televiziyasının canlı efirində Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyəti kəskin tənqid edilib.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki,  “Günə doğru” proqramının aparıcısı Sevda Rəsulqızı səhiyyə sistemində yaşanan problemlərə toxunaraq aidiyyəti qurumlara sərt fikirlər səsləndirib.

Aparıcı çıxışı zamanı səhiyyədə məsuliyyətsizlik və cəzasızlıq mühitinin hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, sistemdə nəzarətsizlik o həddə çatıb ki, tibbi səhvlər insanların həyatını alt-üst edir. Sevda Rəsulqızı konkret misallar çəkərək, səhv diaqnozlar, düzgün aparılmayan əməliyyatlar və həkim səhlənkarlığı nəticəsində sağlam insanların şikəst qaldığını, bəzən isə həyatını itirdiyini vurğulayıb.

“Sağ ayağın yerinə solu kəsirlər” ifadəsini işlədən aparıcı bunun təkcə bir metafora olmadığını, real faktlara söykəndiyini qeyd edib. Onun fikrincə, baş verənlərə görə heç kim məsuliyyət daşımır və bu da səhvlərin davamlı xarakter almasına səbəb olur. Aparıcı deyib ki, cəmiyyət hər gün yeni səhiyyə qalmaqalları ilə üz-üzə qalır, lakin nə Səhiyyə Nazirliyi, nə də TƏBİB tərəfindən ciddi nəticə çıxarılmır.

Sevda Rəsulqızı əlavə edib ki, vətəndaşlar həkimə güvənməli olduğu halda, bu gün xəstəxanaya getməkdən qorxur.

Sözügedən fikirlər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi aparıcının dediklərini dəstəkləyərək, səhiyyədə islahatların və real nəzarət mexanizmlərinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, verilişdən həmin hissə ictimaiyyətə təqdim olunub və mövzu ətrafında müzakirələr davam edir.

Sözügedən verilişdən həmin hissəni təqdim edirik.