Şagird və müəllimi dağıntılar altından birlikdə sağ-salamat xilas edilib.backend

Şagird və müəllimi dağıntılar altından birlikdə sağ-salamat xilas edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşın Pazarcık rayonunda baş verən zəlzələdə dağıntılar altında qalan Səməd və ziyarətə getdiyi müəllimi axtarış-xilasetmə işlərindən sonra birlikdə xilas edilib.

NOCOMMENT xəbər verir ki, fevralın 6-da səhər saat 04:17-də baş verən 7,7 bal gücündə zəlzələnin episentri Kahramanmaraşın Pazarcık rayonunda axtarış-xilasetmə işləri davam edir.

Bağça müəlliməliyi oxuyan Səməd zəlzələdən əvvəl müəllimini ziyarət etmək üçün Pazarcık şəhərinə gəlib. Səməd elə bu vaxt zəlzələdə qalıb. İçində olduqları binanın uçması nəticəsində dağıntılar altında qalan Səməd və müəllimi üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

Zəlzələnin 13-cü saatından etibarən 13 saat davam edən işin sonunda hər ikisi sağ-salamat xilas edilib.