Şagird yerdəyişməsi müvəqqəti dayandırılırbackend

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 3-ü saat 17:00-da 2023-2024-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki,bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, eyni zamanda bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün elan edilmiş müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da yekunlaşacaq:

“2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu məqsədilə elan edilən mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.Növbəti tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinin aktivləşəcəyi tarix barədə öncədən ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.