Şagirdi döyən direktorun yerinə təyinat oldubackend

Şagirdi döyən direktorun yerinə təyinat oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması barədə məlumat yayılmışdı. Hadisədən sonra direktorun əmək müqaviləsinə xitam verilmişdi.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən NOCOMMENT-ə verilən məlumata görə, sözügedən məktəbə yeni direktor təyinatı olub.

Belə ki, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş Çinarə Atayevanı əvəzləyib.