Şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilibbackend

Şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.

NOCOMMENT xəbər verir ki, Təhsil İdarəsindən report-a verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

“Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”, – deyə idarədən qeyd edilib.