Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilirbackend

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

NOCOMMENT.az bildirir ki,Elm və Təhsil Nazirliyindən apa-a verilən xəbərə görə, eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23–31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.