Şagirdlərin tərbiyəsiz VİDEOSU: Nazirlik belə REAKSİYA VERDİbackend

Şagirdlərin tərbiyəsiz VİDEOSU: Nazirlik belə REAKSİYA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə sinif otağında şagirdlərin müəllimə qarşı xoşagəlməz hərəkətlərini əks etditən videogörüntülər yayılıb.

Görüntülərin hansı məktəbdə qeydə alındığı məlum deyil. Məktəbli partalarının üzrərindəki bəzi ifadələr həmin hadisənin ölkədə fəaliyyət göstərən təhsil ocaqlarından birində qeydə alındığı fikrini yaradır.

NOCOMMENT xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən video bir müddət əvvəl də yayımlanıb: “Sadəcə bizim müəssisələrdə olması ilə bağlı heç bir sübut və dəlil yoxdur. O videonun harada çəkildiyi bəlli deyil. Bu videonun bizim məktəblərdə olması hələ inandırıcı görünmür. Ola bilsin, haradasa başqa ölkədə çəkilib”.

C.Valehov videoda partanın üzərində “oğru, “AUE”, “quli” sözlərinin yazılmasının Azərbaycan məktəbi olmasına əsas olmadığını vurğulayıb.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, həmin sözlər bizdə olmaya da bilər: “Dağıstanda, İnquşetiyada “AUE”, “oğru”, “quli” ifadələri işlənilir. Mən bunun harada baş verdiyini bilmirəm. Bu görüntülərin bizim məktəblərdə olması ilə bağlı əlimizdə hansısa fakt yoxdur. Aparılan araşdırma nəticəsində hadisənin Azərbaycanda olub-olmaması ilə bağlı məlumat əldə edə bilməmişik”.