İranın İrşad və Mədəniyyət Nazirliyi azərbaycanlı yazıçı, sosioloq və universitet müəllimi Mir Cavad Mirinin Şah İsmayıl Xətai barədə yazdığı kitabın nəşrinə icazə verməyib.
NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yazıçı özü məlumat yayıb.
“İrşad və Mədəniyyət Nazirliyi 5 ay süründürməçilikdən sonra 174 səhifəlik kitabın 150 səhifəsinin ləğv ediləcəyi təqdirdə nəşrinə icazə veriləcəyini dedi”, – Miri bildirib.
Qeyd edək ki, Cavad Miri İran Prezidenti Məsud Pezeşkianın ölkədə qeyri-fars dillərin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icrası üçün qurduğu “15-ci Prinsip Komitəsi”nin rəhbəridir.