Sahib Məmmədov: “Bəzi sahibkarlar süni qiymət artımına meyl göstərir”backend

Sahib Məmmədov: “Bəzi sahibkarlar süni qiymət artımına meyl göstərir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımına və süni qıtlığın yaradılmasına qarşı ciddi tədbirlər görür”.

NOCOMMENT.az xəbər verir ki, bunu AzTV-nin efirində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

“Məhsulların qiymətləri gündəlik monitorinq edilir. Əfsus ki, bu cür vəziyyətdə bəzi sahibkarlar süni qiymət artımına və süni qıtlığa meyl göstərir. Bu hallar dərhal araşdırılır və qarşısı alınır, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür”, – deyə o, qeyd edib.

Qeyd edək ki, ölkədə istehsal, idxal və dağıtım işlərini həyata keçirən 100-dən artıq şirkət var ki, onlardan da təqribən 40-a yaxını iri şirkətlərdir. Bu şirkətlər arasında “Azərsun Holdunq” MMC, “Veysəloğlu” MMC, “Avrora” MMC, “Koroğlu” MMC, “Delta” MMC, “Bolluq” MMC, “Aztrade” MMC, “Gilan Holdinq” MMC, “Gəmiqaya” MMC və digər şirkətlərdir.

Xatırladaq ki, ölkədə təqaüdlərin artımı və dünya bazarında neftin qiymətində kəskin enmə müşahidə olunduqdan sonra qida məhsullarında 8-10%, qeyri-qida məhsullarında isə 6%-ə qədər qiymət artımları müşahidə edilmişdi.