Sahibə Qafarova Simonyanla ikinci görüşündən danışdıbackend

Sahibə Qafarova Simonyanla ikinci görüşündən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

NOCOMMENT.az xəbər verir ki, Sahibə Qafarova deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikinci görüşü keçirilib:

“Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib”.

Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.