Sahibə Qafarova Türkiyədə rəsmi səfərdədir – FOTObackend

Sahibə Qafarova Türkiyədə rəsmi səfərdədir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 25-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gəlib.

NOCOMMENT.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.