Şahid: Nərmindən xəbər çıxmadıqda, atası qonşu kəndə ciyəraxşamına getdibackend

Şahid: Nərmindən xəbər çıxmadıqda, atası qonşu kəndə ciyəraxşamına getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT-a modern.az-a istinadən məlumatına görə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərmin Quliyevanı ən son görən əmisi oğlu Qorxmaz Quliyev dindirilib.

O bildirib ki, özü Gəncədə yaşayır və həmin gün başqa bir əmisi qızının toyuna görə kəndə gəlib.

“Hadisə günü də Nərmin günorta saat 14 radələrində qonşu olan Arif əmisigilə gəlib, atasının göndərdiyi gödəkçəni təhvil verib. Oradan Lətif əmisigilə keçib, başqa bir gödəkçəni istəyib. Atası onu geyinib, həmin gün qardaşı qızının toyaxşamına getməli idi. Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmimoğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkçəni götürüb ona verdi. Nərmin gödəkçəni qoymaq üçün torba verməyimizi gözləmədən çıxıb getdi”, – deyə şahid bildirib.

Q.Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra Nərminin böyük bacısı Şəbnəm gəlib, bacısının evə qayıtmadığını deyib. Əmisigildə olmadığına əmin olandan sonra çıxıb gedib.

“Baxmayaraq ki, uşaqdan xəbər çıxmamışdı, axşam saat 18 radələrində Nərminin atası qonşu kəndə “ciyəraxşamına” getdi”, – Q.Quliyev deyib.

Vəkillərin “Nərminin atasının axşam ora gedəndə əynində gödəkçə var idimi?” sualına cavab olaraq şahid deyib ki, həmin gün Şərif əmisinin nə geyindiyinə fikir verməyib.

Vəkillər bildirib ki, şahidin məhkəmədə dedikləri ilə istintaq ifadəsi arasında kəskin ziddiyyətlər var. Ona görə də həmin ifadə elan olunmalı, Q.Quliyev fərqli ifadə verməsinin səbəblərinə aydınlıq gətirməlidir.

Proses noyabrın 30-da davam etdiriləcək.