Sahil Babayev gələndə ümidlənmişdim, amma… – Boks məşqçisi narazıdırbackend

Sahil Babayev gələndə ümidlənmişdim, amma… – Boks məşqçisi narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan boksu inkişafa deyil, tənəzzülə doğru gedir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qaynarinfo-ya boks üzrə məşqçi Ramin Məmmədzadə bildirib.

Onun sözlərinə görə, boks sahəsində vəziyyətin heç də ürəkaçan olmadığı ötən ilin dekabrında keçirilən Avropa çempionatında daha qabarıq göründü:

“Boksçularımız 5 medalla qayıtdılar. Bunu rekord nəticə kimi təqdim edilər. Düzdür, ötən illərlə müqayisədə rekord nəticədir. Lakin bütövlükdə götürdükdə uğursuzluqdur və bunun günahı heç də boksçularda və məşqçilərdə deyil”.

Onun sözlərinə görə, boksçulara diqqətin az olması komandanın psixoloji durumuna mənfi təsir edir:

“Təsəvvür edin, səfər pulu deyilən qonorar var. İdmançılar yarışa gedəndə verirlər. Adicə səfər pulu belə, yubadılır, idmançılar səfərdən qayıtdıqdan aylar sonra verilir. Halbuki bu pul artıq yarışa gedəndə verilməlidir. Bu kimlərəsə adi bir şey kimi görünə bilər. Amma idmançıları qələbəyə motivasiya etmək baxımından əhəmiyyətlidir”.

O, boks məkətəblərindəki vəziyyətə də toxunub:

“Xeyli sayda istedadlı uşaqlar tanıyıram. Amma imkansızlıqdan məşq edə bilmirlər. Çünki bu gün zala getdinsə, ayda 30-40 manat civarında pul ödəməlisən. Elə uşaq var ki, bunu ödəmək imkanı yoxdur. Məşqçi də o imkanın sahibi deyil ki, hansısa istedadlı uşağın ödənişini özü etsin. Çünki məşqçilərə verilən maaş da böyük məbləğ deyil. Mən hələ onu demirəm ki, vaxtilə boksla məşğul olub, sonradan bu sahədən gedən və iş tapmayıb çarəsizlikdən məşqçi işləyənlər var. Onlar sadəcə bir qarın çörək qazanmağı düşünürlər. Bu düşüncə, bu psixoloji vəziyyətlə yaxşı boksçu yetişdirmək mümkün deyil”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçiləndə ümidləndiyini deyən Ramil Məmmədzadə sonradan vəziyyətin dəyişmədiyinin şahidi olduğunu bildirib:

“Düşündüm ki, boksa diqqət artacaq. Regionlarda boks məktəbləri inkişaf etdirləcək. Peşəkar məşqçilər cəlb ediləcək, “aylıqlar” yığışdırılacaq və s. Həmin vaxt mətbuatda boksdakı problemləri də qabartdım ki, nazirin diqqətinə çatsın. Lakin müşahidələrim göstərir ki, heç bir dəyişiklik gözləməyə dəyməz. Mənim özümü qəbul elədilər, məşqçilər kollegiyasına daxil edəcəklərini dedilər. Bu vədin üzərindən aylar keçib, heç bir xəbər yoxdur. Məcburiyyətdən fərdi məşqlər keçirəm”.

Ramil Məmmədzadə boksdakı problemlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətində olduğunu bildirib.