Sahil Babayev: “Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib”backend

Sahil Babayev: “Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard ABŞ dollarını keçib.

NOCOMMENT.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında – “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsin III oxunuşda müzakirəsi zamanı bildirib.

“İnanıram ki, bu göstərici getdikcə artacaq. Yekdil rəy odur ki, 2024-cü il Azərbaycan üçün uğurlu il olub, makro-iqtisadi və makro-puredensial siyasət, dövlət proqramları, o cümlədən “Böyük qayıdış” proqramı uğurla icra edilib, 15 mindən çox vətəndaşımız doğma yurdunda məskunlaşmağa başlayıb, sosial rifah məsələləri həll edilib, ölkəmizin müdafiə qabiliyyəti artırılıb”, – deyə o qeyd edib.\\KONKRET.az