Sahil Babayevin iki minədək əməkdaşı CƏZALANDIRILDIbackend

Sahil Babayevin iki minədək əməkdaşı CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son üç il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 686 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin üçillik fəaliyyətinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayında ötən illə müqayisədə azalma olub. Belə ki, keçən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayı 446 nəfər təşkil edib. Bu rəqəm 2019-cu il üçün 556, 2018-ci il üzrə isə 684 olub.

Bundan başqa, üç il üçün 88 hal üçün iş Baş prokurorluğa təqdim olunub. Onlardan 56-sı keçən il, 28-i 2019-cu il, 4-ü isə 2018-ci il üçün qeydə alınıb.