Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü: helikopter qaldırıldı – ANBAAN VİDEObackend

Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü – helikopter qaldırıldı – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.

NOCOMMENT.az xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.

***

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

“Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür”, – məlumatda deyilir.

***

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında oktyabrın 11-də saat 08:27-də püskürmə hadisəsi qeydə alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

“Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır”, – məlumatda qeyd olunub.