Şahin Bağırov bu idarədə ixtisarlara başladıbackend

Şahin Bağırov bu idarədə ixtisarlara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində ixtisarlar başlayır. 

NOCOMMENT.az bildirir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq sərəncam imzalayıb.

8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, “Azərterminalkompleks” Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib.

Sərəncama uyğun olaraq, 1 sentyabr 2025-ci il tarixindən etibarən yeni struktur qüvvəyə minəcək. Bununla da struktur dəyişikliyi çərçivəsində bəzi vəzifələr ixtisar oluna bilər. Belə hallarda aidiyyəti vəzifələr üzrə əmək müqavilələrinin ləğv olunması qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyi qeyd edilib.

©unikal.az