Şahin Mustafayevin erməni həmkarı ilə növbəti görüşü bu ay olacaqbackend

Şahin Mustafayevin erməni həmkarı ilə növbəti görüşü bu ay olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan arasında ikinci görüş fevral ayı ərzində baş tutacaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, birinci görüşdə nəzərdə tutulan altqruplar formalaşmalıdır.

Açıqlamada bildirilib ki, birinci altqrupa Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri daxil olacaqlar. İkinci altqrupda isə Dövlət Gəlirləri Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Müfəttişliyi, Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri təmsil olunacaqlar. Hər bir qrupda digər ölkələri uyğun qurumların təmsilçiləri təmsil edəcəklər.

Xatırladaq ki, üçtərəfli işçi qrupunun ilk iclası  yanvarın 30-da baş tutmuşdu.