Şahmar Mövsümov TƏBİB-in fəaliyyətindən danışdı — VİDEObackend

Şahmar Mövsümov TƏBİB-in fəaliyyətindən danışdı — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Narazılıq tək TƏBİB-dən deyil, vətəndaşlarla işlədikləri üçün eyni zamanda “Azərsu”dan, “Azərişıq”dan da ola bilər”.

NOCOMMENT.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O, TƏBİB-in yaradılmasını uğurlu addım kimi qiymətləndirib:

“Pandemiya dövründə onun fəaliyyəti də yüksək qiymətləndirilir. Hazırda ölkədə pandemiya tam nəzarət altındadır. Bu fəaliyyəti də həyata keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və TƏBİB olub. Onların işi də göz qabağındadır. Bu gün ölkədə COVID-19 xəstələrinin müalicəsində hər hansı bir problem yoxdur”.