Şahmat turnirində Azərbaycan-Ermənistan finalı ola bilərbackend

Şahmat turnirində Azərbaycan-Ermənistan finalı ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.

Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan-Ermənistan dueli baş tuta bilər.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 min ABŞ dolları olan yarışın qalibi 60 min ABŞ dolları qazanacaq.