Şahnazarov: Ermənilər qisas almağa çalışsalar…backend

Şahnazarov: Ermənilər qisas almağa çalışsalar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bu kampaniyanı həqiqətən qazandı, ancaq əsas məsələ tamamilə fərqlidir. Üçtərəfli Bəyanat – insan ölümünün qarşısını almaq və Cənubi Qafqazda uzunmüddətli sülhü təmin etmək üçün elan edilən atəşkəsdir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu erməni əsilli kinorejissor Karen Şahnazarov deyib.

Onun sözlərinə görə, erməni tərəfi qisas almağa çalışmalı deyil. Azərbaycan isə anlamalıdır ki, vəziyyətin gərginləşməsi və şərtli olaraq erməniləri küncə sıxışdırmaq cəhdi onlar üçün də sərfəli olmaz: “İki ölkə sülh şəraitində yaşamağı öyrənməsə, 20-30 ildən sonra müharibə yenidən başlayacaq. Cənubi Qafqaz hələ də xüsusi bir bölgədir. Bundan əlavə, orada bir-biri ilə əlaqəli xalq, tarix, ənənə var və onlar həmişə yaxın olublar. Qarşılıqlı iqtisadi fəaliyyət üçün bir mexanizmin – məsələn, Qafqaz üçün ortaq bazarın yaradılması hər kəsə fayda gətirər. Əsas qarşılıqlı antipatiyanı və nifrəti aradan qaldırmaqdır. Sonra həmişə olduğu kimi sülh və harmoniya içində yaşayacaq yeni nəsil yetişəcək. Demək istəyirəm ki, ölkələr müharibə aparmamalı, inkişaf üçün əməkdaşlıq yolları tapmalıdırlar”.

Ermənistandakı daxili siyasi vəziyyətdən danışan Şahnazarov deyib ki, mövcud gərginliyə və radikal, millətçi hisslərə baxmayaraq, Ermənistan xalqı atəşkəsə ehtiyacı olduğunu anlayıb.