Şahnazarov: İlham Əliyev Cənubi Qafqazın lideridir!backend

Şahnazarov: İlham Əliyev Cənubi Qafqazın lideridir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrildi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni əsilli rus rejissor Karen Şahnazarov Rossiya 1 kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində deyib.

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı bir siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, – deyə rejissor bildirib.

Şahnazarovun sözlərinə görə, Ermənistanda əhalinin əksəriyyəti baş verənlərin qaçılmaz olduğunu dərk edir və Paşinyanı günahlandırmır.

“Fikrimcə, Nikol Paşinyan Ermənistanda hakimiyyətdə qalacaq, çünki onu müharibəni dayandırmağın lazım olduğunu söyləyən ordu dəstəkləyir”, – deyə Şahnazarov qeyd edib.