Şahnazaryan: Nə Laçın? Nə 5 kilometr?backend

Şahnazaryan: Nə Laçın? Nə 5 kilometr?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikolun hakimiyyətinin hər günü erməni xalqı üçün fəlakətdir. Biz “artsax” və Kəlbəcər üçün ağlayarkən, o, Laçın dəhlizini satır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Hrant Məlik-Şahnazaryan feysbuk hesabında yazıb.

“Nə Laçın? Nə 5 kilometr? Azərbaycanın nəzarət etdiyi ərazisindən 8 metr enində “yolumuz” olacaq. Budur həqiqət. Nikolun vəzifəsi bütün Dağlıq Qarabağı təhvil verməkdir. İşini yaxşı görür. Sadəcə, xalqımızın bu xəyanəti necə sakit bir şəkildə izlədiyini anlaya bilmirəm. Ayın birində Laçın üçün oturub ağlamağı gözləyirik”, – deyə o qeyd edib.