Şahnazaryan: Oktyabrda Avropa ölkələrindən biri Paşinyana iki dəfə təklif etdi ki…backend

Şahnazaryan: Oktyabrda Avropa ölkələrindən biri Paşinyana iki dəfə təklif etdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan təhlükəsizlik xidmətinin sabiq rəhbəri David Şahnazaryan baş nazir Nikol Paşinyanla bağlı yeni iddialar ortaya atıb.

NOCOMMENT yeniavaz-a istinadla xəbər verir ki, David Şahnazaryan Paşinyanın bütün addımlarının öz mənafeyinə xidmət edən siyası addım adlandırıb.

O bildirib ki, Paşinyan Qarabağ məsələsi ilə bağlı rəsmi Moskvadan gələn bir çox təklifləri rədd edib: “44 gün ərzində Paşinyan bölgədə müharibəni bitirmək üçün heç bir addım atmayıb. Bu istiqamətdə Moskvadan gələn təklifləri qəbul etməyib. Avropa ölkələrindən biri 3 və 11 oktyabr tarixlərində Ermənistana dron əleyhinə hava hücumundan müdafiə sistemi göndərmək təklif edib. Ancaq Paşinyan bu təklifi də rədd edib”.

Ermənistanının təhlükəsizlik xidmətinin sabiq rəhbəri David Şahnazaryan Paşinyanın müharibəni saxlamaq üçün heç bir addım atmamasını şübəli məqam kimi qiymətləndirib. Antidron sistemlərinin isə hansı Avropa ölkəsinin təklif etdiyini gizli saxlayıb.