Şahzadə Çarlz peyvənd olunmaq üçün növbə gözləyirbackend

Şahzadə Çarlz peyvənd olunmaq üçün növbə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya taxt-tacının varisi, keçən ilin mart ayında COVİD-19-dan sağalan şahzadə Çarlz koronavirusa qarşı peyvənd olunmaq üçün növbəsini gözləyir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, peyvənd olunmaq niyyətini əlahəzrət CNN-ə açıqlamasında elan edib.

“Bəli, bunu mütləq edəcəyəm. Bu, mənə tamamilə lazımlı görünür. Peyvənd olunmaq son dərəcə vacibdir, çünki o, bizə bu vəziyyətdən çıxmaq fürsəti verir. Vaksinsiz bunu etmək olduqca çətin olardı”, – o deyib.

Qeyd edək ki, Britaniyada hazırda yaşı 80-dən yuxarı olan insanların peyvənd olunması mərhələsi bitmədiyindən 72 yaşlı şahzadə ona nə vaxt növbə çatacağını gözləyir.

Əlavə edək ki, şahzadə Çarlzın valideynləri – Böyük Britaniya Kraliçası II Elizabet və yoldaşı Edinburq hersoqu Filipp yanvarın 9-da peyvəndin ilk dozasını alıblar.