Şahzadə Harri 25 nəfəri öldürdüyünü AÇIQLADIbackend

Şahzadə Harri 25 nəfəri öldürdüyünü AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan şahzadə Harrinin qalmaqallı xatirəsi “Spare” satışa çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, ölkə gündəmində olan kitabı almaq istəyən vətəndaşlar kitab mağazalarında növbəyə düzülüb.

Şahzadə Harrinin kitabı satışa çıxdıqdan sonra tələbatı ödəmək üçün paytaxt Londonda bəzi kitab mağazaları gecə yarısı açılıb.

İngilis dilindən başqa 15 dildə nəşr olunan kitaba bütün dünyada böyük tələbat olduğu məlumdur.

Şahzadə Harrinin çoxdan gözlənilən memuarı 10 yanvarda nəşr olunmamışdan əvvəl İspaniyada “təsadüfən” satışa çıxarıldıqdan sonra kitabın bəzi hissələri mətbuatın mövzusu oldu. Əvvəlcə Britaniyanın “The Guardian” qəzeti kitabın bəzi hissələrini ictimaiyyətlə paylaşıb.

Kitabında qardaşı Şahzadə Uilyamı ona fiziki hücumda günahlandıran Harri Kraliça II Elizabetin ölüm xəbərini ilk dəfə BBC-nin səhifəsindən öyrəndiyini yazıb.

Şahzadə Harri kitabının bir fəslində Əfqanıstanda xidmət etdiyi dövrlə bağlı xatirələrini də əlavə edib. O, kitabında Əfqanıstanda 25 nəfəri öldürdüyünü və bundan utanmadığını qeyd edib.

Xüsusilə, Şahzadə Harrinin Əfqanıstanla bağlı açıqlamaları həm öz ölkəsi İngiltərədəki müxtəlif təbəqələrdən, həm də Əfqanıstandakı Taliban rəsmilərindən reaksiyalar aldı.

Jalə Bədirova

NOCOMMENT.az