Sakinlər Bakı-Quba yolunu bağladılar – Polis işə qarışdı – VİDEObackend

Sakinlər Bakı-Quba yolunu bağladılar – Polis işə qarışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, bu gün Bakı-Rusiya sərhəddi avtomagistralının Bakı-Quba yolu istiqamətində Yeni Yaşma bağlarında yaşayan bir qrup sakin yolu bağlayıblar.

Səbəb kimi 40 gündən artıq yaşayış məntəqəsinin sularının gəlməməsi göstərilib. Dəfələrlə su idarəsinə müraciətlər etsələr də hər dəfə 1-2 günə su gələcək cavabı alan sakinlər artıq bu boş yerə verilən vədlərdən bezdiklərini bildirilər.

Təqribən 40-45 dəqiqə bağlı qalan avtomagistral polis əməkdaşlarının dinc müdaxiləsindən sonra açılıb. Hazırda hər iki istiqamətə hərəkət normaldır.

Mənbə: Sumqayıt Rəsmi Səhifə