Sakinlər Bakı-Şamaxı yolunu bağladılar – İçməli su istəyirik – ETİRAZbackend

Sakinlər Bakı-Şamaxı yolunu bağladılar – İçməli su istəyirik ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin sakinləri Bakı-Şamaxı magistral yolunun hərəkət hissəsini kəsiblər.

NOCOMMENT.az xəbər verir ki, onlar yaşadıqları ərazidə üç aydır içməli su problemi ilə qarşılaşmalarından şikayət ediblər.

“Üç aydır içməli suya həsrət qalmışıq. Suyu maşınla alırıq. Hər ay 200 manat içməli suya pul veririk. Ərazidə kanalizasiya sistemi də yoxdur. Bərbad gündə yaşayırıq. Problemimizlə maraqlanan yoxdur”, – sakinlər bildiriblər. “Report”

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev hökumət üzvləri ilə iclasında “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu bildirmişdi.