Sakinlər yaşadıqları binanın zirzəmisindəki avtotəmir sexinin fəaliyyətindən narazıdırlar – VİDEObackend

Sakinlər yaşadıqları binanın zirzəmisindəki avtotəmir sexinin fəaliyyətindən narazıdırlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda binanın ərazisi zəbt edildiyindən sakinlər avtomobillərini park etməyə yer tapa bilmirlər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Yasamal rayonu, Tbilisi prospekti, 185 ünvanında yerləşən “Şakir MTK”ya məxsus binadan gedir.

Həmin binanın sakinləri bununla bağlı “Xəzər Xəbər”ə müraciət ediblər.

Onlar iddia edirlər ki, yaşadıqları binanın zirzəmisi hansısa sahibkar tərəfindən zəbt edilərək avtomobil təmir emalatxanası olaraq faəliyyət göstərir. Bu səbəbdən də onlar binaya nə həmin ərazidən giriş-çıxış edə, nə də avtomobillərini zirzəmidə saxlaya bilirlər. Səs-küy də ki, öz yerində.

Sakinlər iddia edirlər ki, ötən ay sexlərdən birində baş verən yanğın da onları qorxuya salıb.

Onlar məsələ ilə bağlı müxtəlif qurumlarla yanaşı, təmir emalatxanasının sahibinə də müraciət etdiklərini bildirirlər.

Məsələ ilə bağlı sözügedən avtomobil təmiri emalatxanasının sahibi ilə əlaqə saxladıq. Bildirildi ki, vətəndaşların iddiası əsassızdır və 1996-cı ildən burada olan təmir sexi qanunvericiliyin tələblərinə əsasən faəliyyət göstərir. Sakinlərin iddia etdikləri qaraj yeri və yol isə binanın layihəsində mövcud deyil. Əgər sakinlər mövcud vəziyyətlə bağlı hər hansı qanun pozuntusu olduğunu düşünürlərsə aidiyyəti qurumlara şikayət edib, haqlarını tələb edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.