Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı “Magistral Yolların İstismarı” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə Xəlilov Zülfüqar Qarakişi oğlu vəzifəsindən azad edilib.
Saleh Məmmədovun digər əmri ilə MMC-nin direktoru vəzifəsinə Feyzullayev Əflatun Xanoğlan oğlu təyin olunub.
Qeyd edək ki, 6 saylı “Magistral Yolların İstismarı” MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda “Orion-E” MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da “Orion-E” MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb.
©Qaynarinfo