Saleh Məmmədovun “sevimli” şirkəti bu dəfə Ağdaşda qalib oldubackend

Saleh Məmmədovun “sevimli” şirkəti bu dəfə Ağdaşda qalib oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş Rayon İcra Hakimiyyəti şəhər küçələrinin asfalt örtüyünün əsaslı təmiri üçün elan etdiyi tenderin qalibi ATF Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 155.364,53 AZN təşkil edir.

Şirkətin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə Azad Muradov Əzim oğludur.

Mediada gedən məlumatlıara görə, MMC-nin sahibləri olan Muradov qardaşlarıdır. Söhbət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarından gedir. ATF şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. ATF MMC əsasən asfalt yolların inşası ilə məşğuldur və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun “sevimlisi”, dəstəklədiyi şirkət kimi tanınır. Şirkət bölgələrdə yol tikintisi layihələrini həyata keçirir. 2010-cu ildə ATF MMC 3,4 milyon, 2011-ci ildə 5,23 milyon, 2012-ci ildə 12,22 milyon, 2013-cü ildə 17,72 milyon, 2014-cü ildə 9,13 milyon, 2015-ci ildə 13,5 milyon, 2016-cı ildə 2,43 milyon, 2017-ci ildə 3,75 milyon, 2018-ci ildə 3,15 milyon və 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqələrinin qalibi olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir. Yayılan məlumatlara görə, ATF-in sahiblərindən Fəxrəddin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Baş Prokurorluğun həmin dövrdə yaydığı məlumatda qeyd olunurdu ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin icrası zamanı ətraf mühitin qorunması qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri üzrə ittiham irəli sürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, ATF şirkəti dövlətə 361.000 manat ziyan vurub.

Mediada yer alan xəbərlərə görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa buraxılıb.