Saleh Rüstəmlinin həbsxanadan ilk ŞƏKLİ YAYIMLANDIbackend

Saleh Rüstəmlinin həbsxanadan ilk ŞƏKLİ YAYIMLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Saleh Rüstəmlinin sağlıq durumu ilə bağlı mətbuatda gedən bəzi informasiyalar həqiqətə uyğun deyil. Müalicə Müəssisəsinin həkimləri ilə birgə onun səhhətini ciddi nəzarət altında saxlayırıq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmliyə barədə danışan professor Adil Qeybulla bildirib.

“Saleh bəyin sağlamlığının bərpası istiqamətində tədbirlər aclığı dayandırmaqdan xeyli əvvəl başlayıb. Alimentar qidalanmaya keçdikdən sonra isə bərpa prosesi sürətlə gedir. Aşağıdakı şəkil aclığın dayandırıldığı gün çəkilib. Bu şəkli Saleh bəy azadlığa çıxandan sonra Sizlərə təqdim etmək fikrində idim. Lakin yersiz və əsassız şaiyələri təkzib etmək zərurəti yarandığından buna məcbur oldum. Qısa video sujet də var.

Gəlin hamılıqla arzu edək ki, Saleh bəyin səhhəti tezliklə tam bərpa olsun və o, layiq olduğu azadlığına qovuşsun”,-deyə A.Qeybulla bildirib.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

O, qanunsuz həbs edildiyini bildirərək, 40 gündən çox idi aclıq aksiyası keçirirdi. S.Rüstəmli aclığı dekabrın 16-da dayandırıb.

modern.az