Şalva Papuaşvili: Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidirbackend

Şalva Papuaşvili: Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanunla bağlı iddia ilə Konstitusiya Məhkəməsinə müraciətinə belə cavab verib.

“Xarici agentlər haqqında” qanunla bağlı iddia ilə Konstitusiya Məhkəməsinə müraciət etməklə Gürcüstan Prezidenti onun legitimliyini tanıyıb və əgər siyasi ləyaqəti varsa, istefa verməlidir”, – Ş.Papuaşvili bildirib.

O qeyd edib ki, müxalifət cəmi bir neçə ay əvvəl Konstitusiya Məhkəməsinin hakimlərini müxtəlif epitetlərlə çağırdı: “İmpiçment qərarının legitimliyini şübhə altına almaq üçün hakimləri az qala qul elan etdilər və bu gün ədalət üçün həmin hakimlərə müraciət edirlər”.