Salvador sahillərində 5,7 bal gücündə zəlzələ baş veribbackend

Salvador sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ Mərkəzi Amerikada yerləşən El Salvador sahillərində baş verib.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə respublikanın Ətraf Mühit Nazirliyinə istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, yeraltı təkanların gücü 5,7 bal olub. Təbii fəlakət sentyabrın 14-də axşam yerli vaxtla saat 22:58-də (15 sentyabr səhəri, Moskva vaxtı ilə saat 7:58-də) qeydə alınıb.

Açıqlamada zəlzələnin episentrinin Santa Ana şəhərindən 114 km aralıda olduğu dəqiqləşdirilir. Onun mənbəyi də öz növbəsində 42 km dərinlikdə yerləşir.

Hələlik başqa məlumat daxil olmayıb.