Salyanda ağır qəza: hərbçi faciəvi şəkildə öldübackend

Salyanda ağır qəza: hərbçi faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Xıl kənd sakini, 1988-ci il təvəllüdlü Zəqam Kamil oğlu İbrahimovun idarə etdiyi “Priora” markalı minik avtomobili avtobusa çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri sürücünün avtomobildə sıxılmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, ölən sürücünün hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.