Salyan rayonunun Yenikənd ərazisində iş adamına məxsus fermada yanğın baş verib. Hadisə zamanı alov sürətlə yayılmağa başlayıb, lakin yanğınsöndürən briqadaların operativ müdaxiləsi sayəsində daha böyük fəlakətin qarşısı alınıb.
NOCOMMENT.az xəbər verir ki, yanğın zamanı fermadakı heyvanlar vaxtında çıxarılıb və xilas ediliblər.
Hazırda hadisənin səbəbləri araşdırılır. Yerli sakinlər və iş adamı həyəcanlı anların şahidi olduqlarını bildiriblər.