Salyanda narkotacir həbs edildibackend

Salyanda narkotacir həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.

NOCOMMENT.az DİN-in mtbuat xidmətinə istinadla xəbər verir ki, həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini Radim Cəfərov rayon ərazisində saxlanılıb. Onun üzərində 4 kiloqrama yaxın heroin və 400 qram metamfetamin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs bir müddət əvvəl xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək, satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyib. Daha sonra isə ona narkotik vasitələrin Salyan rayonu ərazisində gizlədildiyi yer bildirilib və R.Cəfərov bu maddələri götürmək üçün qeyd edilən rayon ərazisinə gəlib. Həmin maddələri gizlədildiyi yerdən götürüb aparan zaman isə onu Salyan RPŞ-nin əməkdaşları saxlayıblar.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.