Salyanda pambıq qalmaqalı – Fermer işçilərin pulunu vermirbackend

Salyanda pambıq qalmaqalı – Fermer işçilərin pulunu vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda fermer təsərrüfatı ilə məşğul olan Telman Qasımov işçilərin pulunu vermir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qaynarinfo-ya işçilər özləri məlumat verib.

Adlarının çəkilməsini istəməyən işçilər bildirib ki, Telman Qasımovun onlara 1500 manat borcu var.

“Bu borc ötən ildən qalıb. Ötən il pambıq yığmışıq. 1500 manatımız qalıb, hələ də ala bilmirik. Artıq yeni mövsüm yaxınlaşır. Lakin Telman Qasımovun hələ də pulumuzu vermək fikri yoxdur”, – deyə işçilər bildirib.

Onların sözlərinə görə, bu birinci hal deyil. Telman Qasımov bundan əvvəl də işçilərinin 2000 manat pulunu vermək istəməyib. Lakin məsələ ictimailəşəndən sonra fermer borcunu ödəməyə məcbur olub.

Şikayətçilərin iddiaları ilə bağlı Telman Qasımovun fikirlərini öyrənmək mümkün olmayıb.