Salyanda qəzada xəsarət alan 11 nəfərdən biri ölüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, rayonun Qırxçıraq kənd sakini, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
—————–
Salyanda qəza zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı kürkənd kəndi ərazisindən keçən hissəisndə qeydə alınıb.
Belə ki, mikroavtobus yük maşını ilə toqquşub və nəticədə 11 nəfər xəsarət alıb.
Yaralıların ad və soyadları aşağıdakı kimidir –
Zalıyev Səbuhi Rüfət oğlu-2003-cü il təvəllüdlü
Məlikzadə Fərid Xalıq oğlu-2008-ci il təvəllüdlü
Məmmədova Aynur Mirzağa qızı-1997-ci il təvəllüdlü
Məlikova Elnurə Xoşbəxt qızı-1990-cı il təvəllüdlü
Səmədova Xanım Etibar qızı-2000-ci il təvəllüdlü
Əkbərova Nübar Alışalı qızı-1991-ci il təvəllüdlü
Hətəmova Fatimə Xalıq qızı-1999-cu il təvəllüdlü
Mikayılova Püstəxanım Hafiz qızı-1994-cü il təvəllüdlü
Bağırlı Səbinə Zülfüqar qızı-1991-ci il təvəllüdlü
Məmmədova Mələk Azad qızı-2017-ci il təvəllüdlü
Məmmədova Nuray Azad qızı-2018-ci il təvəllüdlü
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
—————–
Salyanda yol qəzası baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 11 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.
Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin – 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.