Şam qozası ilə müalicə – Möcüzə reseptbackend

Şam qozası ilə müalicə – Möcüzə resept

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şam ağacının qozaları bir çox xəstəliyin müalicəsində qədimdən istifadə olunur.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, həkim Füzuli Hüseynovun sözlərinə görə, qozalar ağciyər xəstəliklərində, allergik xəstəliklərdə, xroniki ağciyər çatışmamazlığında, allergik bronxitlərdə, astmalarda, pnevmaniyanın müxtəlif növlərində və vərəmdə istifadə olunur.
Həmçinin yüksək xolesterini aşağı salır, həzmə kömək edir.
“İstifadə etməmişdən öncə yuyulub,qurudulur. 3 stəkan suda üç ədəd qozanı 10 dəqiqə qaynadıb, süzərək yeməkdən yarım saat qabaq içilir.
Qozanı qaynadaraq, buxarı ilə təbii inhalyasiya edərək, burun qaşınmaları, burun axmaları, burun tutulmalarında, öskürək zamanı istifadə etmək mümkündür.
Qozalardan mürəbbə və doşab hazırlamaq mümkündür.
Şam ağaclarının tozlanmasının allergik xəstəliklər üçün heç bir zərəri yoxdur. Əksinə b u tozcuqlar havada uçaraq “dişi” tozcukların üzərinə qonur. Nəticədə mayalanma baş verir.
Qeyd etdiyimiz erkək tozlar daxili xəstəliklərin sağalmasında böyük rol oynayır. Həmin tozcuklardan 200 qr toplayıb 1 kiloluq bala qatsaq, immun sisitemin artıran mükəmməl vasitə əldə edirik”.