Şamaxı RİH-dən baş verən 5,1 ballıq zəlzələ ilə bağlı AÇIQLAMAbackend

Şamaxı RİH-dən baş verən 5,1 ballıq zəlzələ ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

“Əməkdaşlarımız ərazidədirlər, hələlik heç bir fəsad qeydə alınmayıb”, – deyə bildirilib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində – Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.
AzərTAC