“Şamaxı Rayonu Suvarma Sistemləri İdarəsi” ilə “TİKİNTİ TƏCHİZAT 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında yeni satınalma müqaviləsi bağlanıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şirkət, maşın-mexanizm və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınmasını həyata keçirəcək. Bağlanmış müqavilənin ümumi məbləği 13.416,6 manat təşkil edir.
Satınalma dövlət vəsaiti hesabına gerçəkləşdirilir və texniki xidmətlərin təmin olunması məqsədi daşıyır.