Şamaxıda avtomobil aşıb, ölən və yaralananlar varbackend

Şamaxıda avtomobil aşıb, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə avqustun 14-də saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Acıdərə kəndi ərazisindən keçən 108-ci kilometrində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyev Nazim Murquz oğlu idarə etdiyi “Hyundai” markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasiətsi aşıb. Nəticədə avtomobildə olan sərnişin paytaxt sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rauf Ramiz oğlu hadisə yerində ölüb. Digər sərnişinlər, Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Abdullayeva Pərvanə İsgəndər qızı və 1973-cü il təvəllüdlü Yusifova Könül Abasqulu qızı bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.