Şamaxıda BMW aşıb, bir ailənin 3 üzvü həlak olub – YENİLƏNİB – FOTObackend

Şamaxıda BMW aşıb, bir ailənin 3 üzvü həlak olub – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda BMW aşıb, 3 nəfər həlak olub.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hadisə dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.

“BMW” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

—————————————–

Şamaxıda avtomobil qəzası baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.