Şamaxıda dağlıq ərazi yanır – FOTO – YENİLƏNİBbackend

Şamaxıda dağlıq ərazi yanır – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş verən yanğın davam edir.

NOCOMMENT.az xəbər verir ki, yanğın Kərkənd ərazisində mürəkkəb dağlıq relyefə malik sahədə qeydə alınıb. Yanan ərazi kol-kos və otlaq sahədən ibarətdir. Əraziyə Şamaxı Yanğından mühafizə bölməsinin 25 nəfər şəxsi heyəti, yanğınsöndürən avtomobilləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ümumilikdə 3 hektar ərazini əhatə edir (APA).

***

16:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən NOCOMMENT.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Əlavə məlumat veriləcək.